Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:46

Roma papası Almaniyada səfərdədir


Roma papası XVI Benedict Almaniyada rəsmi səfərdədir.

Onu Berlin hava limanında prezident Christian Wulff və kansler Angela Mekel qarşılayıb.

Onun bu gün Almaniya parlamentində çıxışı və Berlindəki Olimpiya stadionunda mərasim keçirəcəyi gözlənilir.

Papa 4 günlük səfər çərçivəsində Almaniyadakı müsəlman və yəhudi icmasının liderləriylə görüşmək, Şərqi Almaniya və doğulduğu Bavariya regionuna baş çəkmək fikrindədir.

Bundestaqın bir çox üzvləri dini dairələrdəki seksual qalmaqala görə, Papanın palatadakı çıxışını baykot etməyə hazırlaşırlar.

Son vaxtlar Almaniyada Katolik kilsəsinin nüfuzu daim düşür.
XS
SM
MD
LG