Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:40

Rafiq Tağının hücumu və “pıtı” buraxan müdafiəçilər



Yazıçı Rafiq Tağının "Oxu zalı"nda çap edilən "Mirzə Ələkbər Sabir haqqında gecikmiş sözlər" məqaləsi geniş rezonans doğurub.


Müzakirəyə yazar Faiq Balabəyli də "Mərkəz" qəzetində çap eidlən məqaləsi ilə qoşulub.



Faiq Balabəyli


Rafiq Tağının hücumu və “pıtı” buraxan müdafiəçilər

Ədəbi camedə yenə qırğındı. Rafiq Tağı bir dənə daşı götürüb atıb camenin qapısı ağzına, beş-on nəfər əli qələm, barmağı klaviatura tutan hıqqana-hıqqana çiyinlərini verib həmin daşın altına ki, birdən daş daha dərinlərə nüfuz edər, amandı.

Rafiq Tağı isə atdığı daşı – dediyi sözü geri götürən deyil. Hə, indi dirəşin, görüm, haracan gedəcəksiniz.

Mənim Rafiqin atdığı daşın, yaxud dediyi sözün kimin hissiyyatına nə qədər təsir etdiyini deməyim çətin olar.


Ölənləri tənqid etmək olar. Onlar dirilmirlər, onları müdafiə edənlər isə cəmiyyətin gözündə özlərinə yer eləməkdə olanlardı. Axına qoşulub gedənlərdi.
Çünki yazılan yazılar, bildirilən münasibətlər - Tehran Əlişanoğlu istisna olmaqla - populizmdən kənara gedə bilmədi.

Sabiri müdafiə edənlər, əslində Berti Foqstun rəhbərlik etdiyi millimizin müdafiəçiləri kimi “pıtı”(bəzən buna “dırka”da deyirlər, yəni topu ayaqlarının arasından buraxmaq) buraxmaqla məşğuldurlar. Yəni müdafiə xətti heç də etibarlı deyil.

Yazdıqları yazılarla Rafiq Tağı üçün əks-hücum təşkil etməyə meydanda boş sahələr yaradıblar.

Elə də oldu, Rafiq əks hücuma keçdi, bu dəfə daha aqressiv. Özü də hücuma mərkəzdən başladığı üçün cinah müdafiəçilərindən – Sabirə haqlı olaraq qahmar çıxan “əli piştovlu” yazarlardan birinin adını belə unutdu.

Axırıncı zərbəni – klaviaturanın sonuncu dəfə “nöqtə” düyməsini basandan sonra, hücum xəttindən qayıdan hücumçunun qarşılaşdığı rəqib komandanın müdafiəçisini görürmüş kimi, həmin yazar dostumuzun adını xatırlaya bildi: bıy, sən də burda imişsən ki, “dostuum”, – dedi.

Rafiq Tağı zaman-zaman veteranlara – klassiklərə qarşı belə hücumlar təşkil eləyib. Ona bu istiqamətdə “pas” verənlər, yaxud “pas” gözləyənlər də olub. Amma Rafiq bəy çox vaxt təkbaşına hücum eləyib; bu dəfə də belə oldu.

Rafiq Tağının günahı nədir, axı? Niyə onun bir yazısına - atdığı bir daşı quyudan çıxarmaq üçün, bu qədər yazı “səfərbər olundu”.

Həm də Rafiq Tağı niyə bu rəhmətliklərdən əl çəkmir, niyə onların ruhuna salavat
Rafiq Tağı

çevirmək əvəzinə, o ruhları narahat edir? Qalır-qalır, bir az fasilə verib başlayır onları iynələməyə. Nə olsun ki, həkimsən və həkim olmaq təkcə iynə vurmaq deyil, axı?

Millətin yanbızına iynə vurmazdan qabaq, bir müayinə elə görək, bunun dərdinin davası nədir, axı? Niyə axı, bizlər “zülmətsevər insanlarız üç-beş yaşımızdan”? Yoxsa Sabiri tənqid etməyin yeri yoxdu.

Mirzə Ələkbər Sabir nə yazıbsa, haqlı yazıb, dövrünü, dövrünün adamlarını satira atəşinə haqlı tutub. Axı, bu gün də Sabirin dediyi kimidirsə, görün hələ o zaman cəhalətin tüğyan elədiyi vaxtda necə olardı! İndi də - “Fəhlə, özünü sən də bir insanmı sanırsan?” - tənələri ilə aşağılamalar varkən, o dövrdə olub da bu dövrə kimi gəlib çatan iyrənc insanlara və onların əməllərinə rəğmən, üzünü göydəki gözəgörünməzə tutub “…neylərdin, İlahi?!” hayqırtısına bir səs-soraq yoxsa, nə yazmaq gərəkərdi? Sonyalara, anya və tanyalara aşiq olan tacirlərimiz, neftxudalarımız halal-salıq tükazbanlara ancaq uşaq doğuzdurmaq üçün bir “cihaz” kimi baxacaqdılarsa, niyə də tənqid olunmayaydılar!

İndi guya nə dəyişib ki: həmin zırramalar bu dəfə başqa qiyafədə meydanda deyillərmi? Bəlkə Sabir qüdrəti çatmır ki, onlar sabirsayaq “topa tutulsun”. “Mən də müsəlmanam, a şirvanlılar”, deyib də, özünün heç də onlara yad adam olmadığını deyən, kişinin ciyərini partdadıb öldürənlər, bu gün adamın nəslini yer üzündən kəsərlər, axı.

Cibindən istifadə etmədiyi narkotik maddəni “götürüb” qanından götürülən analizdə təsdiqini taparlar.

Yaxud adamın üzünə elə dirənib “mavi” edərlər ki, qanını elə qaraldarlar ki…

İndi elə yekəbaşlar var ki, əri müharibədə şəhid olmuş qadına, lazım olan arayışı vermək əvəzinə, ona vaxt tapıb iki daşın arasında eşq elan edirlər. Millətin belə “xod” gedən “atxodları” tənqid olunmamalıdır ki?

Sabir yazıq da dövrünün belələrini görüb yazıb da.

Bu mənim fikrimdi. Düşünürəm ki, Rafiq bəy, hələ cəhalətin içərisindən çıxmayanların mövcudluğunu yaxşı bilir.

Sadəcə, onların yanından ötür, onlara salam verməsə də, verilən salamlarını da

cavabsız qoymur, ona görə yox ki, “Salam” Allahın çoxsaylı adlarından biridir, bəlkə də ona görə ki, diri olan “diribaşları” tənqid etmək, bilərəkdən ağrımayan başa dəsmal bağlamaqdır.

Axı, bu dövrün pul-para, ad-san, mənsəb, ixtiyar sahibi olan cəhalət burulğanında yayxanmalarının fərqində olmayanlar o dövrdəkindən daha qəddardılar.

Ölənləri tənqid etmək olar. Onlar dirilmirlər, onları müdafiə edənlər isə cəmiyyətin gözündə özlərinə yer eləməkdə olanlardı. Axına qoşulub gedənlərdi.

Allah axırını xeyrə calasın, müdafiəçilərimiz “pıtı” (piti ilə dəyişik salmayın) buraxmasın. Hücumçularımız isə bilsin topu hara vurmaq lazımdır.

Qol vurulanda, sadəcə, “qol” qışqırıb da sevinirsən. vurulmayanda, top qapıya düz getməyəndə isə müzakirələr, mükalimələr, şərhlər qurtarmır ki, qurtarmır. Həm də tənələr…

“Mərkəz” İnformasiya Agentliyi
21 sentyabr 2011-ci il


Həmçinin oxu
Qan Turalı. Rafiq Tağının Sabirə münasibəti diletant, vəziyyəti gülüncdür

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG