Keçid linkləri

2017, 28 May, bazar, Bakı vaxtı 22:26

İctimai Televiziyanı məhkəməyə veriblər


Bu barədə məlumatı iddiaçılardan biri, hüquq müdafiəçisi Rəsul Cəfərov verib.

Rəsul Cəfərov deyir ki, mart və aprel aylarında Bakıda baş verən hadisələrə İTV-nin laqeyd münasibət göstərməsi, televiziyanın müxalifətin, gənclərin keçirdiyi etiraz aksiyalarını işıqlandırmaması ilə əlaqədar quruma müraciət ünvanlayıblar. Müraciətləri cavabsız qaldığı üçün Yasamal rayon məhkəməsində iddia qaldırılıb.

Hüquq müdafiəçisi bildirir ki, İTV-nin vəzifə borcudur ki, Azərbaycanın ictimai sferasında baş verənləri işıqlandırsın.

İctimai fəalların İTV-yə qarşı qaldırdığı iddia üzrə hazırlıq iclası sentyabrın 26-a təyin edilib.

Hələlik İTV-dən şərh almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG