Keçid linkləri

2017, 20 İyul, Cümə axşamı, Bakı vaxtı 16:49

R.E.M. rok qrupun üzvləri qrupun dağıldığını elan ediblər


R.E.M qrupunun İtaliyada konserti. 2003-cü il
Amerikanın R.E.M qrupunun üzvləri elan ediblər ki, kollektiv öz fəaliyyətini dayandırır. Bu barədə məlumat 21 sentyabrda kollektivin saytında yerləşdirilib.

Dinləyicilərinə minnətdar olduqlarını deyən musiqiçilər istədiklərinə nail olduqlarını bildiriblər.

Qrup üzvləri Mike Mills, Michael Stipe, Peter Buck bildiriblər ki, onlar arasında heç bir münaqişə yoxdur və onlar vaxtında səhnəni tərk etmək barədə düşünürlər.

R.E.M. 1980-ci ildə Georgia ştatında yaradılıb. 31 il ərzində səhnədə olan qrup 15 albom buraxıblar. Qrupun sonuncu albomu, "Collapse Into Now", 2011-ci ilin martında satışa çıxıb.

Rolling Stone jurnalının internet saytı bildirir ki, R.E.M iştirakçıları ilin sonuna kimi qrupun ən yaxşı mahnılarının toplusunu buraxmağı da planlaşdırırlar. Çıxacaq topluda qrupun yeni mahnıları da yer alacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG