Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:30

İranda həbs olunan iki amerikalı turist azadlığa buraxılıb


İranda casusluqda ittiham olunaraq saxlanan iki amerikalı turist dünən – sentyabrın 21-də zaminə buraxılıb. Hazırda onlar Omandadırlar, ailələri ilə görüşüblər. ABŞ prezidenti Barak Obama deyib ki, bütün Amerika Josh Fattal və Shane Bauerin azadlığa çıxmasını bayram edir.

Tehran həbsxanasının darvazası önündə gəncləri İsveçrə və Omandan olan diplomatlar qarşılayıblar. İsveçrə İranda ABŞ-ın maraqlarını müdafiə edir.

Josh Fattal və Shane Bauer həmyerliləri Sarah Shourdla birlikdə 2009-cu ilin iyul ayında İran sərhəddində saxlanmışdılar. Hər üç turist bildirmişdi ki, İraqın şimalına səfər edirmişlər, səhvən İranın ərazisinə gəliblər. Sarah Shourd 2010-cu ildə zaminə buraxılıb və ABŞ-a qayıdıb.
XS
SM
MD
LG