Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:52

Jurnalistlər Müdafiə Nazirliyinin onlara təzyiq etdiyini deyir


www.milaz.info xəbər saytının baş direktoru Cəsur Sümərinli
www.milaz.info xəbər saytının baş direktoru Cəsur Sümərinli
Doktrina Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri, www.milaz.info xəbər saytının baş direktoru Cəsur Sümərinli təzyiq və hədələrə məruz qaldığını deyir. Cəsur Sümərinli bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, sentyabr ayının əvvəlindən təzyiq və hədələr müntəzəm xarakter alıb:

«Elektron poçt ünvanıma anonim hədə məktubları gəlir. Müdafiə Nazirliyi daha bizimlə əməkdaşlıq etmir, artıq bizə Nazirlik tərəfindən gündəlik məlumatlar göndərilmir. Milaz saytı isə müntəzəm hacker hücumuna məruz qalır. Bütün bunlar isə mənə hərbi problemləri işıqlandırmamaqla bağlı edilmiş təklifə imtina etdikdən sonra baş verir. On görə də hesab edirəm ki, bunların araxasında Müdafiə Naziri Səfər Əbiyevin tərəfdarları durur».

Cəsur Sümərinli son zamanlar hərbi durumu işıqlandıran KİV-də məlumatların azalmasına diqqəti çəkərək, həmin KİV-lərin Nazirliklə sövdələşməsi və təzyiqlərin nəticəsi hesab edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev isə səslənən iradları əsasız hesab edir:

«Bizim nə Cəsur Sümərinli nə də Milaz-la problemi yoxdur. Şəxsən mən həmişə Milaz-a müsahibə vermişəm, onların suallarını cavablandırmışam. Onların iradları və fikirləri tamamilə qeyri-ciddidir».

Cəsur Sümərinlinin sözlərinə görə, sentyabrın 11-dən etibarən MilAz saytı intensiv haker hücumlarına məruz qalır, sentyabrın 15-dən isə Müdafiə Nazirliyi tərəfindən gündəlik məlumatların göndərilmir.
XS
SM
MD
LG