Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:28

Əfqanıstanda keçmiş prezidentlə vida mərasimi keçirilir


Kabildə çərşənbə axşamı qətlə yetirilmiş keçmiş prezident Burhanuddin Rabbaniylə vida mərasimi keçirilir.

Rabbaninin evinə gedən yollar bağlanıb, polis onunla vidalaşmaq istəyənləri ciddi yoxlayır.

Talibanla daloq yaratmağa çalışan şuranın rəhbəri Rabbani evində intiharçının törətdiyi partlayış nəticəsində ölüb.

Əslən tacik olan Rabbaninin 70-ə yaxın yaşı var.

O 1992-1996-cı illərdə Əfqanıstanın prezidenti, sonra isə Talibana qarşı mübarizə aparan Şimal Alyansının üzvü olub.

ABŞ, Fransa, Böyük Britaniya, Pakistan və BMT keçmiş prezidentin qətlini kəskin ittiham ediblər.
XS
SM
MD
LG