Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:47

Fələstində nümayiş və mintinqlər keçirilir


Fələstinlilər müstəqil Fələstin dövlətinin BMT-də tanınması tələbilə nümayişə çıxıblar.

Ramallah, Nablus,Həbrun və Betlehemdə keçirilən mitinqlərdə minlərlə adam iştirak edir.

Fələstin prezidenti Mahmud Abbasın sentyabın 23-də BMT-nin baş assambleyasında çıxışı zamanı təşkilata rəsmi ərizə verəcəyi gözlənilir.

Bu gün Nyu-Yorkda ABŞ prezidenti Barack Obama, Mahmud Abbas və İsrailin baş naziri Benjamin Netanyahu arasında görüş gözlənilir.

Birləşmiş Ştatlarla İsrail Fələstin rəhbərliyini bu addımdan çəkindirməyə çalşırlar.
İsrailin xarici işlər nazirliyi bir daha Fələstinin atacağı birtərəfli addımın pis nəticələr verəcəyini xəbərdarlıq edib.

Rusiya isə bu məsələdə Fələstinin tərəfini saxlayacağını bəyan edib.
XS
SM
MD
LG