Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:41

«Xural» qəzetinin müxbiri iki aylıq həbs olunub


«Xural» qəzetinin müxbiri Aydın Canıyev barəsində Lənkəran rayon Məhkəməsinin qərarı ilə iki aylıq həbs qətimkan tədbiri seçilib.

Aydın Canıyev Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanı qoruyan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq törətmək) maddəsi üzrə təqsirləndirilir.

Bu barədə AzadlıqRadiosuna «Xural» qəzetinin redaktoru Əvəz Zeynallı məlumat verib. O, bildirib ki, Aydın Canıyev barəsində açılmış cinayət işi əsassızdır:

«Aydın Canıyevin həbsi «Xural» qəzetinin 6 sentyabr sayında çap olunmuş «Allahşükür Paşazadə Lənkəranda düşmənçilik toxumu səpir!» başlıqlı məqaləsi ilə bağlıdır».

Aydın Canıyevin adıçəkilən məqaləsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və onun qohumlarının cənub rayonlarında qanunsuz hərəkətlərdən bəhs edib.
XS
SM
MD
LG