Keçid linkləri

2026, 07 Noyabr, şənbə, Bakı vaxtı 18:41

Zəvvarlara basqın olub, 26 nəfər ölüb

Pakistanda İrana yollanan şiə zəvvarlardan ibarət qrupa silahlı basqın olub, 26 nəfər ölüb.

Zəvvarların avtobusunu ölkənin cənub-qərbində yerləşən Belujistan əyalətində naməlum şəxslər atəşə tutublar. Hadisəyə görə məsuliyyəti sünni ekstremist qrup kimi tanınan Lashkar-e-Jhangvi öz üzərinə götürüb. Bu qrup bundan əvvəl də şiyələrə qarşı, o cümlədən rəhbərlikdə təmsil olunan məmurlara və təhlükəsizlik xidmətinin əməkdaşlarına qarşı hücumlar edib.

Pakistanda müsəlmanların böyük əksəriyyəti sünni məshəbindəndir, cəmi 15 faiz şiyədir.
This item is part of
XS
SM
MD
LG