Xalq yazıçısı Mövlud Süleymanlının oxuzali.az-a müsahibəsi
- Mövlud müəllim, çoxdandır mətbuatda sizin haqqınızda bir xəbər yoxdur, yaradıcılığa fasilə vermisiniz, yoxsa sakit bir guşəyə çəkilib hansısa əsər üzərində işləyirsiniz?
- Bu yaxınlarda şeir kitabım çıxdı. Adı belədir: “Gecə - qapı kimi. Aç!” Kitabda gənclik illərimdən bəri yazdığım və çoxu çap olunmayan şeirlərim toplanıb.
Bunlar milli ruhu ifadə edən şeirlərdir ki, bir çoxunu sovet dövründə ya anlamayıb, ya bəyənməyib çap etməmişdilər.
- Bəs nə əcəb kitabınıza təqdimat, yaxud imza günü keçirmədiniz?
- Vallah, mən istəmirəm. Çünki ədəbiyyatı anlayanların sayı indi azdır. Mən özüm kitabımdan tanıdığım insanlara hədiyyə edirəm.
Bundan başqa bir ildi “Teymurlar” povestimi də bitirmişəm. Amma çap etməyə tələsmirəm. Çünki oxucunu hiss
"Gənclər yazdıqlarına fikir verməlidirlər: onlar hansı xalqın yazıçısıdırlar. Yəni fars fars kimi yazır, rus rus kimi yazır, sən də yazanda bilməlisən ki, hansı xalqın nümayəndəsi kimi yazırsan".
etmirəm. Əsl ədəbiyyatı duyan, yaxşını pisdən seçən, dəyər verən azdır.
- Uzun illər dövlət radiosuna rəhbərlik etdiniz. Vəzifəsiz qalmaq həyatınızda bir boşluq yaratmayıb?
- Qətiyyən. Heç eynimə deyil mənim. Mən o vəzifədə işləyərkən ürəyimdən keçənləri gerçəkləşdirdim, radioda ədəbi mühit yarada bildim. Kimlərsə getməlidir, onların yerinə cavanlar gəlməlidir. Özü də mən boş deyiləm, həmişə özümə iş tapıram. Eyni şirkətdə redaktor kimi qalıram. Üstəlik indi yazı da yazıram – “Yer üzünə məktub”. Təxminən 200-300 səhifə yazmışam..
- Romandımı?
- Yox, publisistik bir şeydi. Ola bilsin onu bir janr kimi səhmana salacam, amma indi nə gəldi yazıram. Əsər haqda onu demək olar ki, bu mənim öz xalqım haqda bildiklərimin dünyaya təqdimatıdır.
- Bu əsərlə çatdırmaq istədiyiniz mesaj nədi?
- Bu, xalqın kimliyi, ənənələri, etnoqrafiyası, folkloru, düşüncəsi, fəlsəfəsi haqda əsərdir. Öz xalqıma aid olan, onu başqa xalqlardan fərqləndirən cəhətlərdən yazıram. Bu həmin cəhətlərdir ki, onlar haqda radionun “Bulaq” verilişində, “Köç” romanımda danışmışam. İndi həmin məqamları daha dərin qatlarını açmaqla yer üzünə təqdim edirəm. O mənada ki, siz bu xalqı yaxından tanısanız, gözəl olar. Xalqın yaratdığı kiçicik bir lətifədə dərin bir fəlsəfə gizlənə bilər. Biz bəzən dərinə getmirik, ayıb olmasın, elə-belə “çeynə-tüpür” edirik, amma bu, bizim fəlsəfəmizidir. Qonşu xalqlar bizə ona görə heyrət edir. Ona görə bunları həmişə bizdən oğurlamaq istəyib. Yazdığım əsərdə həmin fəlsəfəyə yiyəlik edib onu yer üzünə təqdim etmək istəyirəm.
- Konkret bir nümunə gətirə bilərsinizmi buna yazdığınız əsərdən?
- Məsələn, son günlərdə yazdığımdan deyim... “Bıçaq” adında yazıdı. Xalqın bıçaqla – bu gün silah kimi işlənən bıçaqla bağlı yaratdıqları var. Qədimdə bizim bıçaqla bağlı oyunlarımız da olub. Bununla bağlı xüsusi deyimlər olub. Məsələn, qədimdə belə bir şeiri deyib bizim uşaqlara bıçaqla davranmağı, bıçaq atmağı, müdafiə olunmağı öyrədərdilər:
Əyri bıçağım, düz bıçağım,
Oğlan bıçağım, qız bıçağım,
On bıçağım, yüz bıçağım,
Yağı gözünə!
Bunlar itib-batmış şeylərdi, onları üzə çıxarıram. Uzundu bu:
Xan bıçağım, xaqan bıçağım,
Əyri yatağan bıçağım,
Yağı gözünə!
Belə bir oyun var. Bu oyunu biz unutmuşuq, bəyənib götürməmişik, bu günə gətirib çıxarmamışıq. Amma bu oyun çox dərin fəlsəfələr daşıyır. Bu, döyüşçü yetişdirməkdir. Bizim türk xalqı tarixdə neçə-neçə imperiyanı necə qurub? Uşağı bu cür bıçaqla, oxla, qılıncla böyüdə-böyüdə.
- Mövlud müəllim, sovet dövründə cəmiyyətin ayıblarını açan, çox sərt tənqidlərin yer aldığı “Dəyirman” povestini yazdınız. Amma indi belə əsərlər yazmırsınız? Bu o deməkdirmi ki, indi cəmiyyətdə ciddi problemlərin olmadığı qənaətindəsiniz? Məsələn, korrupsiya, insan haqlarının pozulması – siz bunları ciddi problem sayırsınızmı?
- Əlbəttə, cəmiyyətdə ciddi problemlər var. Amma mənim üçün əsas olan müstəqilliyimiz və başımızın üstündə yellənən üçrəngli bayrağımızdı. Əlbəttə, o bayrağın altında korrupsiya da var, seçimin düzgün olunmaması da. Təhsilimizdə ciddi problemlər var. Özü də hər şey bir-birinə bağlıdır. Əgər bu gün idmanımız yaxşıdırsa, təhsilimiz də yaxşı olmalıdır. Yəni hər şey kompleks şəkildə olmalıdır. O da mənə elə gəlir ki, olacaq.
- Belə deyənlər də var ki, yaşlı yazarlar cəmiyyətin ciddi problemlərindən yazmırlar, ikinci dərəcəli məsələlərdən yazırlar. Bu fikirlə razısınızmı?
- Yanlış fikirdir. Onu deyənlər, belə çıxır ki, yaşlı nəsli həm tanımırlar, həm də oxumurlar. Biz bu problemləri görə-görə, onlardan yaza-yaza gələn adamlarıq, ziyalılarıq. Biz bilirik problem nədir, problemdən necə yazmaq lazımdır. Qoy gənc nəsil yazıb qoysun da ortaya nəsə. Biz də baxaq “bərəkallah” deyək. Əlbəttə, mənim ümid bəslədiyim, inandığım gənc yazarlar var. Mən inanıram ki, onlar da nə vaxtsa bizim kimi yazacaqlar.
- Gənc yazarlardan kimlərin adını çəkərdiniz bu mənada? Kimləri oxuyursunuz?
- Mən izləyirəm gənclərin yazdıqlarını. Onlar, əlbəttə, istedadlıdırlar, yeniliyi görürlər, insana yanaşmaları bizim kimi dolayı deyil, kəsədir, bizdən daha tez çatandırlar oxucuya. Artıq bəzək-düzəyə o qədər də fikir vermirlər – bu gözəldir. Amma öz yazdıqlarına fikir verməlidirlər: onlar hansı xalqın yazıçısıdırlar. Yəni fars fars kimi yazır, rus rus kimi yazır, sən də yazanda bilməlisən ki, hansı xalqın nümayəndəsi kimi yazırsan. Söhbət bayağı millətçilikdən getmir. Yəni bayaq xalqın dərin fəlsəfəsini ifadə edən detallar haqqında ki danışırdım, bax bu məsələdə də yazıçı nədənsə yazanda öz xalqının fəlsəfəsinə əsaslanmalıdır. Ən böyük dərinlik xalqın öz fəlsəfəsindədir.
- Bəs gənclərdən konkret olaraq kimləri fərqləndirərdiniz?
- Məsələn, Aysel Əlizadənin çox gözəl publisist qələmi var. Onun yazılarını daim izləyirəm, maşını sürüb “525-ci qəzet”i alıb onun yazısını oxuyuram. Yazarlardan Alik Əlioğlunun düşüncəsi... onu da qeyd etmək istərdim, kitabı da çıxıb. Fikrimdə
başqaları da var, amma indi telefon söhbətində adları yadıma düşmür.
- Qarşıdan Yazıçılar Birliyinin qurultayı gəlir. Siz bir xalq yazıçısı kimi ədəbi sahədə hansı yeniliklərin olmasını istərdiniz?
- Mən doğrusu qurultayla yaxından maraqlanmıram. Bilmirəm nə zaman olacaq. Doğrusu Yazıçılar Birliyinə də 5-6 ayda bir dəfə gedirəm. Yenilik nədir? Yenilik yalnız yeni əsərlərin yaranması ola bilər. Yeni əsər odur ki, seçilsin, başqa xalqların yazdıqlarından seçilsin.
- Bəziləri deyir ki, Yazıçılar Birliyində islahat aparılmalıdır, birliyin sədri Anar yerini gənclərə verməlidir və s. Siz nə düşünürsünüz bu barədə?
- Mən Anarın getməsinə ehtiyac görmürəm. Çünki Anarın gücünə qalıb Yazıçılar Birliyi indiyəcən. Anarın zövqünə, intellektinə, insaniyyətinə. Yersiz sözlərdi. Tutalım sədr dəyişdi. Kim nə edəcək ki?
- Mövlud müəllim, sizin namizədliyinizi Heydər Əliyev mükafatına təqdim etmişdilər, amma mükafat başqa yazıçıya verildi. Necə qarşıladınız bu xəbəri?
- (gülür – R.Q.) Vallah, onu deyə bilmərəm... hə, elə bir şey vardı lap son ana qədər. Amma mən ona razı qaldım. Səmimi deyirəm, Allaha and olsun. Anara verdilər. Komissiya belə qərar çıxardı. Çünki doğrudan da Anarın xidmətləri mənimkindən qat-qat çoxdur. Ona verilməli idi.
- Bəs dövlət tərəfindən özünüzə qarşı nə isə bir biganə münasibət hiss edirsinizmi?
- Yox... əksinə. Mən prezident təqaüdçüsüyəm. Bu yaxında prezident mənə ev də verdi. Birinci kərə bunu sizə deyiəm.
- Mübarəkdi.
- Çox sağ olun.
- Böyükdümü, rahatdımı?..
- (gülür - R.Q.) Prezident balaca ev vermir ki...
- Özünüz yaşayırsız?
- İndi oğlum gedir ora. Təmir edirik yavaş-yavaş...