Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 05:59

Ankarada partlayışda 3 adam ölüb, 15 adam yaralanıb, partlayışın dəqiq səbəbi bilinmir


Ankaranın mərkəzindəki partlayışda ölənlər 3, yaralananlar 15 nəfərdir.
Partlayış baş nazirin ofisinin, ordunun baş qərargah rəisinin iqamətgahının bir km-liyində baş verib.
Ətrafdakı dükanların, binaların pəncərələri yanıb.

Partalyışın səbəbi hələlik dəqiq məlum deyil.

Baş nazirin müavini Bulent Arınc deyir ki, partlayışı törədən - maşına qoyulmuş bomba ola bilər.

Ankara meri Ələddin Yüksəl isə bildirir ki, şahidlərin dediyinə görə, qaz balonu partlayıb, partlayışdan küçədəki maşın alışıb. Ondan sonra yanğın o biri maşınlara keçib.

Daxili işlər naziri Şahin isə deyib ki, bu, terror hücumu ola bilər.
XS
SM
MD
LG