Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 16:06

Kiyevdə 10 min Əfqanıstan və Çernobıl veteranı hökumətin ixtisar planına etiraz edir


Kiyevdə 10 mindən çox Əfqanıstan müharibəsi veteranı, Çernobıl qəzasından zərərçəkən parlament binasının qabağına toplaşıb, hökumətin planına etiraz edir.

Ukrayna Beynəlxalq Valyuta Fondundan kredit almaq üçün büdcə kəsirini azaltmalıdır.

Ukrayna prezidenti Yanukoviç digər ixtisarlarla yanaşı Əfqanıstan müharibəsi veteranlarına, Çernobıl veteranlarına pensiyaları, müalicə və dərman müavinətlərini azaltmağı təklif edir.

Hazırda bu təkliflər parlamentdə müzakirə olunur.
XS
SM
MD
LG