Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:45

«Eurovision»: Heydər Əliyev Fondu qərargah yaradır


««Eurovision» hazırlıqları, qonaqların yerləşdirilməsi işləri vahid, mərkəzi qərargah tərəfindən idarə olunacaq».

Bu barədə Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev məlumat verib.

Mərkəzi qərargah oktyabr ayından fəaliyyətə başlayacaq:

«Qərargah Heydər Əliyev Fondu tərəfindən təsis ediləcək».

Əbülfəz Qarayev bildirdi ki, hazırda mehmanxana və otellərin qiymət siyasətinə baxılır, turist şirkətləri isə öz paketlərini formalaşdırırlar. Oktyabr ayında bu haqda internetdə ətraflı məlumatlar yerləşdiriləcək.
XS
SM
MD
LG