Keçid linkləri

2017, 26 Fevral, bazar, Bakı vaxtı 01:30

Ankarada güclü partlayış olub


Türkiyənin paytaxtı Ankarada, Baş nazirin iqamətgahı yaxınlığında partlayış baş verib.

Türkiyə polisinin məlumatına görə, 3 nəfər ölüb 15 nəfər yaralanıb. Onlardan 5-i ağır vəziyyətdədir.

«CNN-Türk» telekanalı Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, mikroavtobusa partlayıcı qoyulub.

Partlayış nəticəsində ətrafdakı 6 avtomobil də yanıb.

Türkiyə Böyük Millət Məclisinin başçısı Cəmil Çiçək partlayışın "terror aktı" olub-olmadığını bilmədiyini deyib.


Partalyışın səbəbi hələlik dəqiq məlum deyil.

Baş nazirin müavini Bulent Arınc deyir ki, partlayışı törədən - maşına qoyulmuş bomba ola bilər.

Ankara meri Ələddin Yüksəl isə bildirir ki, şahidlərin dediyinə görə, qaz balonu partlayıb, partlayışdan küçədəki maşın alışıb. Ondan sonra yanğın o biri maşınlara keçib.

Daxili işlər naziri Şahin isə deyib ki, bu, terror hücumu ola bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG