Keçid linkləri

2026, 02 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:52

Ankarada partlayış olub

Türkiyənin paytaxtı Ankarada böyük partlayış baş verib. Ölkənin NTV telekanalının məlumatına görə, partlayış Türkiyə baş nazirliyinin iqamətgahı və bəzi dövlət idarələrinin yerləşdiyi ərazidə baş verib.

Telekanalın yaydığı məlumata görə, partlayışın olduğu maşın darmadağın olub, yaxınlıqdakı avtomobillər də zədələnib, yaralılar var. Hadisə yerinə çox sayda təcili yardım maşınları gəlib.

Bu arada polis başqa partlayışın ola biləcəyi ehtimalı ilə Qumrular prospektinə giriş-çıxışı bağlayıb.

Partlayışın səbəbləri hələlik aydın deyil.
This item is part of
XS
SM
MD
LG