Keçid linkləri

2026, 17 İyul, cümə, Bakı vaxtı 16:02

Yəməndə etirazçıların üstünə top mərmisi yağdırılıb

Bu gün Yəmənin paytaxtında Səna şəhərində hərbçilər etirazçılara yenidən hücum edib.
Səhiyyə əməkdaşlarının verdiyi məlumata görə, 3 nəfər ölüb, 10-dan çox yaralanan var. Top mərmiləri şəhərin mərkəzinə, müxalifətçilərin yığışdığı düşərgəyə atılıb.

Sentyabrın 18 və 19-da isə baş verən zorakılıqda 50-dən çox adam öldürülmüşdü.
Prezident Ali Abdullah Saleh özü hələ Səudiyyə Ərəbistanındadır. O, iyunda hücum zamanı yaralanıb, ölkəyə qayıtmasa da, istefaya getməkdən də imtina edir.
This item is part of
XS
SM
MD
LG