Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 01:14

Israil Fələstinlə danışıqlara hazırdır


Diplomatlar Nyu-Yorkda Fələstinin BMT-nin üzvü olması ilə bağlı ərizəsini müzakirə edirlər.

ABŞ-ın dövlət katibi Hillary Clinton deyib ki, amerikalı diplomatlar İsrail, Fələstin və dihər ölkələrin BMT-nin Baş Assambleyasında iştirak etmək üçün Nyu-yorka gələn nümayəndələri ilə intensiv görüşüblər.

Clinton özü Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Orta Şərqdə sülh problemləri ilə bağlı müzakirələr aparıb.

Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas BMT-yə üzvlük üçün ərizəni bu həftənin 5-ci günü təqdim etməyə hazırdır. Fələstinlilər ümid edirlər ki, bu addım onlara İsrailin təzyiqlərindən qorunmağa və sülh üçün güzəştlər əldə etməyə kömək edəcək.

ABŞ bildirib ki, BMT-nin Təhlükəsizlik Şurasında Fələstinin dövlət kimi tanınmasına veto qoya bilər. Amerika hesab edir ki, münaqişənin həlli danışıqlardan keçir.

İsrailin baş naziri Benjamin Netanyahu sentyabrın 19-da bildirib ki, Fələstin lideri ilə görüşməyə hazırdır.

ABŞ-ın dəstəklədiyi İsrail-Fələstin arasında danışıqlar bir ilə yaxındır ki, dayanıb. Səbəbi də İsrailin Qərb sahillərində apardığı tikintini dayandırmaması olub.
XS
SM
MD
LG