Keçid linkləri

Təcili xəbərlər
2023, 06 Dekabr, çərşənbə, Bakı vaxtı 17:55

ABŞ Türkiyəni İsraillə münasibətləri yaxşılaşdırmağa çağırıb


Qərb xəbər agentlikləri bildirirlər ki, ABŞ-ın dövlət katibi Hillary Clinton bunu Nyi-Yorkda Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu ilə danışıqlarında bildirib.

Clinton xəbərdarlıq edib ki, bu, ABŞ-la müttəfiqliyə xələl gətirə bilər.

Türkiyə ilə İsrail arasında əlaqələr ikincinin üzr istəməkdən imtina etməsindən sonra pisləşib. Ötən ilin mayında Qəzzaya yardım aparan Türkiyə donanması İsrail hərbçilərinin hücumuna məruz qalmışdı və nəticədə ölənlər olmuşdu.
XS
SM
MD
LG