Keçid linkləri

2026, 24 Avqust, bazar ertəsi, Bakı vaxtı 02:50

Belarus 1 milyard dollara görə Çinə təşəkkür edir

Belarus prezidenti Alyaksandr Lukashenka 1 milyard dollar kredit ayırdığı üçün Çinə təşəkkür edib. Belarusun çox ciddi şəkildə ehtiyacı olan 1 milyard dollarlıq kredit sazişi ilə bağlı razılaşma Şənbə günü açıqlanmışdı. Rəsmən kreditin Belarus iqtisadiyyatını müasirləşdirməyə ayrılacağı bildirilir.

Rəsmi Minsk Avropa Birliyi və ABŞ tərəfindən sanksiyalarla üzləşəndən sonra tarixinin ən ağır maliyyə böhranlarından birini yaşayır. Belarus Beynəlxalq Valyuta Fondundan 8 milyard dollar kredit almaq üçün müraciət etsə də, Fond kredit qarşılığında iqtisadi islahatlar tələb edir.
This item is part of
XS
SM
MD
LG