Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:21

BMT Pakistan üçün pul toplayır


BMT Pakistanda daşqın qurbanlarına yardım üçün dünya ölkələrinə müraciət edib. Məqsəd 357 milyon dollarlıq ianə toplamaqdır. Ölkədə daşqın nəticəsində minlərlə ev dağılıb.

BMT-nin humanitar yardım üzrə sözçüsü Humaira Mehboob deyib ki, bu vəsait Pakistanın Sinc və Balucistan əyalətlərində daşqından əziyyət çəkmiş 5.4 milyon insana yönəldiləcək.

Daşqınlar nəticəsində 342 adam ölüb, 600-dən çox yaralı var. Daşqınlar 650 mindən çox evi dağıdıb və ya zədələyib. 2 milyona yaxın adam evindən didərgin düşüb.

Ötən ilki daşqınlar nəticəsində 20 milyondan çox adam zərər çəkmişdi.
XS
SM
MD
LG