Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:11

Pakistanda terrorda ölənlər arasında polislər də var


Pakistanın böyük şəhərlərindən biri Karacidə terror nəticəsində səkkiz adam ölüb. İntiharçı-bommaçı nəqliyyat vasitəsi ilə polis ofisinin rəhbərinin evinə hücum edib.

Polis şöbəsinin rəhbəri Chaudry Aslam evinə olan hücum zamanı sağ qalıb. O, partlayışdan sonra yerli televiziyaya müshaibə verib və hücumda Pakistan Talibanını günahlandırıb:

"Mən Talibandan hədələr almışam. Mən sizin vasitənizlə onlara mesaj vermək istəyirəm ki, onların bu hücumundan qorxmamışam. Onlara elə dərs verəcəm ki, nəsilləri də unutmasın. Mən qorxmuram. Yatmış adamlara hücum qorxaq hərəkətdir. Əgər onların bir az cəsarəti varsa, mən yoldayam, qoy mənə hücum etsinlər”.

Ölənlər arasında 6 polis əməkdaşı da olub.
XS
SM
MD
LG