Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 17:13

Bakıdan Təbrizə hava reysi açılıb


Arxiv foto
Bakıdan Təbrizə birbaşa hava reysi açılıb. Bu barədə Trend-ə Kiş Air aviaşirkətinin Təbriz nümayəndəliyinin rəhbəri Nadir Cəvani bildirib.

Onun sözlərinə görə, sentyabrın 20-də ilk uçuş həyata keçiriləcək. Cəvani bildirib ki, «Kiş Air» şirkəti təşkil ediləcək hava reysləri həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günü uçuş həyata keçiriləcək.

Kiş AİR rəsmisi qeyd edib ki, bu uçuş Təbriz-Bakı və Bakı-Təbriz olacaq. Bu hava reyslərində 150 nəfər tutumu olan «Boinq MD» təyyarəsindən istifadə olunacaq. İlk reys üçün 100 nəfər artıq müraciət edib. Gediş və gəliş üçün biletin qiyməti 250 ABŞ dolları civarındadır. /Trend/

Şərhlər (3)

Bu forum dayandırılıb
XS
SM
MD
LG