Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:54

Abdulla Gül Almaniyaya gedir


Bazar günü Türkiyə prezidenti Abdulla Gülün Almaniyaya 4 günlük rəsmi səfəri başlanır.

O səfər zamanı almaniyalı həmkarı Kristan Vulfla (Christian Wulff ) birlikdə Türkiyə-Almaniya biznes formunda iştirak edəcək.

Onun həmçinin Almaniyanın kansleri Angela Merkel və xarici işlər naziri Qvido
Vestervelle ilə görüşü nəzərdə tutulub.

Danışıqlar zamanı Türkiyənin Avropa Birliyinə qoşulmasının perespektivləri, habelə Şimali Afrika və Yaxın Şərqdəki vəziyyət müzakirə olunacaq.

Səfər Türkiyədən Almaniyaya kütləvi işçi axınına icazə verilməsiylə bağlı iki ölkə arasında imzalanmış müqavilənin 50 illiyinə təsadüf edir.

Hazırda Almaniyada 2 milyon yarıma yaxın türk yaşayır.
XS
SM
MD
LG