Keçid linkləri

2025, 16 May, Cümə, Bakı vaxtı 22:36

Pakistanda törədilmiş hücumda azı 15 adam ölüb


Pakistanın şimal-qərbində yaraqlıların hücumu nəticəsində azı 15 adam ölüb.

Reuters agentliyinin məlumatına görə, onlarla yaraqlı Hayber əyalətindəki nəzarət-buraxılış məıntəqəsinə hücum edib.

Nəticədə 1 əshər və yerli qəbilənin 4 ağsaqqalı ölüb.

Bundan sonra baş verən atışmada hücum edənlərdən 10-u öldürülüb.

Talibançılar Əfqanıstanla sərhəd bölgəsində yerləşən bu əyalətdə vaxtaşırı hücumlar törədir.
XS
SM
MD
LG