Keçid linkləri

2026, 21 May, cümə axşamı, Bakı vaxtı 23:59

Liviya üsyançıları Sirtdəki hava limanını ələ keçiriblər

Yeni Liviya hakimiyyətinin hərbi birləşmələri Qaddafinin doğma şəhəri Sirtdəki hava limanı və yaxınlıqdakı hərbi bazanı ələ keçiriblər.

Bu barədə BBC yeni liviya hakimiyyətinin nümayəndələrinə istinadla xəbər verir.

Hazırda Qaddafi qüvvələrinin sonuncu dayaq məntəqələri olan Sirt və Bani-Valid şəhərləri uğrunda ağır döyüşlər gedir.

Müvəqqəti hökumətin birləşmələri həmçinin ölkənin cənubundakı Sabha şəhərinə doğru hərəkət edirlər.
Qaddafinin yeri hələlik bəlli deyil.

Amma onun sözçüsü Moussa İbrahim Qaddafinin ölkədə olduğunu deyir.
This item is part of
XS
SM
MD
LG