Sentyabrın 18-də Azərbaycan bəstəkarı, publisist və ictimai xadim Üzeyir Hacıbəyov anadan olub.
O, 1908-ci ilin yanvarın 12-də «Leyli və Məcnun» operası ilə professional Azərbaycan musiqisinin əsasını qoyub. Bu, şərqdə ilk opera hesab olunur.
1937-ci ildə isə bəstəkarın Azərbaycan xalqının qəhrəmanlıq salnaməsindən bəhs edən «Koroğlu» operasının ilk tamaşası olub.
Ü.Hacıbəyov lap gənclik çağlarından 1905-ci Bakıda ədəbi-publisistik fəaliyyətə başlamış, əvvəlcə «Həyat», daha sonra isə «İrşad» və «Həqiqət» qəzetlərinin əməkdaşı olmuşdu. Üzeyir bəyin jurnalistlik fəaliyyətinin zirvəsi Cümhuriyyət dövrünə təsadüf edir, məhz məsuliyyətli vaxta parlamentin orqanı olan «Azərbaycan» qəzetinin redaktoru vəzifəsi ona həvalə edilir.
Sentyabrın 18-i Azərbaycanda Musiqi Günü kimi qeyd edilir.
Bakıda Üzeyir Hacıbəylinin Fəxri Xiyabanda məzarı ziyarət olunacaq və silsilə tədbirlər keçiriləcək.