Keçid linkləri

2026, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:45

Latviyada parlament seçkisi keçirilir

Latviyada vaxtındanəvvəl parlament seçkisi keçirilir.

Seçki keçmiş prezident Valdis Zatlersin təşəbbüsüylə keçirilən ümummilli referendumun nəticələrinə uyğun olaraq keçirilir.

Valdis deputatları oliqarxların maraqlarına xidmət etməkdə günahlandırır.

Parlamentdəki 100 yer uğrunda 13 siyasi partiya və birliyin namizədləri mübarizə aparır.

Son rəy sorğusuna görə, solmərkəzçi “Razılıq mərkəzi” partiyası səslərin 21 faizini yığa bilər.

Sonrakı yerlərdə isə hərəyə təxminən 15 faizdən bir qədər artıq səslə Valdis Zatlersin İslahatlar partiyası ilə indiki baş nazir Valdis Dombrovskisin başçılıq etdiyi Birlik partiyası gəlir.

Seymə ümumilikdə 5 partiya düşə bilər.
This item is part of
XS
SM
MD
LG