Keçid linkləri

Təcili xəbərlər
2021, 09 May, bazar, Bakı vaxtı 02:45

Liviyanı BMT-də müvəqqəti milli şura təmsil edəcək


BMT-nin baş Assambleyası Liviyadakı müvəqqəti milli şuraya rəsmi mandat verib.

Gələn həftə assambleyanın Nyu-Yorkda başlanan sesiyasında Liviyadakı müvəqqəti şuranın rəhbəri Mustafa Abdul Cəlilin də (Mustafa Abdel Jalil) iştirak edəcəyi gözlənilir.

O sesiya çərçivəsində ABŞ prezidenti Barack Obamayla da görüşəcək.

BMT-nin təhlükəsizlik şurası həmçinin Qaddafi dövründə Liviyaya qarşı tətbiq edilmiş bir sıra iqtisadi sanksiyaları aradan qaldırıb.

Hazırda Qaddafinin doğulduğu Sirt və Bani Valid şəhərləri uğrunda ağır döyüşlər gedir.
XS
SM
MD
LG