Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 06:22

BMT-də Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət müzakirə olunacaq


BMT Baş Assambleyası
BMT Baş Assambleyası
BMT Baş Assambleyasının 66-cı sessiyasının sentyabrın 16-da keçirilmiş plenar iclasında «Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət»«GUAM məkanında davamlı münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri» adlı bəndlər sessiyanın gündəliyinə salınıb.

Bu bəndlərin «Beynəlxalq sülh və təhlükəsizliyin qorunub-saxlanılması» mövzusu altında Assambleyanın plenar iclasında baxılması nəzərdə tutulur.

Bu barədə «APA»ya Azərbaycanın BMT yanında Daimi nümayəndəliyindən məlumat veriblər.

Baş Assambleyanın 66-cı sessiyasının gündəliyinə «Türkdilli ölkələrin Parlament Assambleyasının BMT Baş Assambleyasında müşahidəçi statusu»«Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının Baş Assambleyada müşahidəçi statusu» adlı bəndlər də salınıb.

Sentyabrın 13-də Nyu-Yorkda BMT Baş Assambleyasının 66-cı sessiyası işə başlayıb.

XEYRİ OLACAQMI?

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi qətnamələr indiyə qədər yerinə yetirilməyib:

Şuşa
«Ona görə də hesab edirəm ki, bu müzakirə nəticəsində qəbul olunacaq hansısa sənədin münaqişənin həllinə təsiri olmayacaq. Həm də regionda münaqişənin çözülməsini istəməyən Rusiya var».

Politoloq Mübariz Əhmədoğlu isə deyir ki, onun münaqişənin həllinə ümidi artıb. Onun fikrincə, Qarabağ münaqişəsinin BMT-nin Baş Assambleyasında müzakirəyə çıxarılması istənilən halda müsbət haldır:

«İnanıram ki, məsələ Baş Assambleyada müzakirə olunan zaman Azərbaycan bir çox dövlətin səsini alacaq. Artıq Qərb dövlətlərinin bəzilərində azərbaycanpərəstlik meylləri görünür. Qarabağ münaqişəsinin BMT-nin Təhlükəsizlik Şurasına çıxarılması ehtimalı da artır. Bu isə nəhayət, problemin həllinə gətirib çıxara bilər».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG