Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

Şengen zonasında sərhəd nəzarəti tətbiq edilə bilər


Avropa Komissiyası Şengen zonasına daxil olan ölkələrin sərhədlərində yoxlamaların bərpasına aid məsələlərin razılaşdırılmasında iştirakını artırmaq fikrindədir.

Komissiya belə bir qərarın onun razılığı olmadan qəbuluna qarşıdır.

Amma Komissiyanın daxili işlər üzrə nümayəndəsi Cecilia Malmstörm eyni zamanda qeyd edib ki, şengen ölkələri yalnız istisna hallarda birtərəfli qaydada 5 gündən artıq olmamaq şərtiylə sərhəd nəzarəti tətbiq edə bilərlər.

Şimali Afrikadan qaçqın axınının qarşısının alınmasıyla bağlı Fransa və İtaliya arasında fikir ayrılığı yaranıb.
XS
SM
MD
LG