Keçid linkləri

2026, 16 İyul, cümə axşamı, Bakı vaxtı 21:56

Yunanıstana növbəti kredit təxirə salınıb

Avro zonasına daxil olan ölkələr Polşanın Vrotslav şəhərində keçirilən toplantıda
Yunanıstana 8 milyard avro növbəti kredit verilməsi barədə qərarı oktyabradək təxirə salıblar.

Bu barədə avrozona ölkələri maliyyə nazirlərinin görüşünə sədrlik edən Jan Klod Yunker (Jean Cloude Yuncker) məlumat verib.

Bu vəsait Yunanıstanın ” Defolt ”dan qaçması üçün çox vacibdir.

Amma rəsmilər Yunanıstanın büdcə kəsirinin ixtisarı sahəsində nə qədər iş görməsini bilmək üçün qərarı oktyabradək təxirə salıblar.

Görüşdə ABŞ-ın maliyyə naziri Timothy Geithnerin də iştirakı avrozonasında borc böhranının nə qədər ciddi olmasından xəbər verir.
This item is part of
XS
SM
MD
LG