Keçid linkləri

2025, 21 Mart, Cümə, Bakı vaxtı 08:50

Belçikada şəriət məhkəməsi işə başlayıb


Məhkəmə mülki işlərdə müsəlmanların mübahisələrinə yardım edəcək


Antverpendə İslam hüququ əsasında fəaliyyət göstərən məhkəmə yaradılıb. Burada əasən boşanma və varisliklə bağlı məsələlərə aid mübahisələrə baxılacaq.

Şəirət məhkəməsinə mübahisəli tərəflərin hər ikisinin razılığı əsasında müraciət oluna bilər. Bu, mütləq şərtlərdən biridir.

Bu məhkəmə “Belçika üçün şəriət” müsəlman təşkilatının təşəbbüsü əsasında yaradılıb. məhkəmənin çıxardığı qərarların hüququ qüvvəsi yoxdur. Bu qurum əsasən mülki işlər üzrə məhkəmə proseslərində barışdırıcı, nizamlayıcı missiya rolunu oynayacaq.

Antverpen bələdiyyəsinin nümayəndəsi Monika de Konink dini qurumların bu cür təşəbbüslərinin yerli hakimiyyət tərəfindən dəstəkləndiyini bildirib.
XS
SM
MD
LG