Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:20

Məhkəmə «Yahova şahidləri»nin iddiasını təmin edib


1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində «Yahova şahidləri» dini icmasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı iddiası əsasında məhkəmə prosesi başa çatıb.

Dini icma xaricdən Azərbaycana 1500 nüsxə dini ədəbiyyat və Azərbaycanda yayılması qadağan olunan «Gözətçi qülləsi» adlı jurnalı gətirmək üçün komitəyə müraciət edib. Komitə isə yalnız 300 nüsxə dini ədəbiyyatın gətirilməsinə icazə verib. «Gözətçi qülləsi» jurnalının isə gətirilməsinə qadağa qoyub.

«Yahova şahidləri» dini ədəbiyyatların və «Gözətçi qülləsi» jurnalının Azərbaycana gətirilməsinin təmin olunması, həmçinin 1000 manat maddi, 800 manat mənəvi zərərin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət edib.

Məhkəmə icmaya dini ədəbiyyatların və adıçəkilən jurnalın Azərbaycana gətirilməsinə icazə verilməsi barədə qərar çıxarıb.

Maddi və mənəvi zərərin ödənilməsi barədə olan iddia isə təmin olunmayıb. /apa/
XS
SM
MD
LG