«Yeni Müsavat» qəzetinin musavat.com saytına sentyabrın 15-i axşam saat 22:00-dan daxil olmaq mümkün deyil.
Saytın veb-redaktoru Xalid Kazımlı AzadlıqRadiosuna bildirib ki, sayta haker hücumu olub:
«Hücum DDOs tiplidir, hostların əksəriyyəti gizlidir, bəziləri Pakistan, Hindistan və Vyetnamdandır. Ümumiyyətlə, sayta 768 IP-dən hücum olunur. Buna görə də saytımızın yerləşdiyi server hazırda sayta girişi və onun idarə olunduğu administrativ strukturu bağlayıb. Hazırda saniyədə 30 mindən çox spam gəlir. Qarşısı alınmasa, sayt dağıla bilər».
Qəzetin baş redaktoru Rauf Arifoğlu sayta hücumda Müdafiə Nazirliyindən şübhələnir. O, şübhələrini son vaxtlar «Yeni Müsavat» qəzetində Müdafiə Nazirliyinin fəaliyyəti haqda yazılarla əsaslandırıb.
Müdafiə Nazirliyi isə baş redaktorun şübhələrini əsassız sayır. Nazirliyin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev AzadlıqRadiosuna deyib ki, qəzet yalan məlumat yayır, Nazirliyə böhtan atır.
Saytın veb-redaktoru Xalid Kazımlı deyir ki, hazırda əməkdaşlar problemin aradan qaldırılmasına çalışırlar.