Keçid linkləri

2026, 11 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 22:27

Ayaz Mütəllibov Moskvaya qayıdır

Azərbaycanın eks-prezidenti, Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Ayaz Mütəllibovun Rusiyaya qayıdacağı dəqiq tarix açıqlanıb.

ASDP-nin digər həmsədri Araz Əlizadənin APA-ya verdiyi məlumata görə, eks-prezident sentyabrın 18-də səhər saatlarında təyyarə ilə Rusiyaya qayıdacaq: “Ayaz müəllimin toxunulmazlığına təminat oğlunun 40 mərasiminin başa çatmasına qədər verilmişdi. Həmin vaxt qurtardığına görə sentyabrın 18-də Rusiyaya qayıdır”.

Ayaz Mütəllibovun 49 yaşlı oğlu Azad Mütəllibov bu il avqustun 8-də vəfat edib. O, oğlunun dəfnində iştirak etmək üçün həmin gün Moskvadan Azərbaycana gəlib. Ölkənin sabiq prezidentinin toxunulmazlığına Azərbaycan hökuməti səviyyəsində təminat verilib.
This item is part of
XS
SM
MD
LG