Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:59

Amerikada yoxsulluq rekord həddə çatıb


Arxiv foto
Arxiv foto
Birləşmiş Ştatlarda 2010-cu ildə yoxsulluq həddindən də aşağı səviyyədə yaşayan adamların sayı 2,6 milyondur, 46, 2 milyon insan isə yoxsuldur. İqtisadi islahatlar da ölkədəki yoxsul vətəndaşların vəziyyətində heç bir müsbət dəyişiklik etməyib.
Ötən il Amerikada yoxsul həyat tərzi sürənlərin sayı 1993-cü ildən bu yana rekord həddə çatıb. Statistika Bürosu bu barədə sentyabrın 13-də hesabat yayıb. İqtisadi islahatlar da ölkədəki yoxsul vətəndaşların vəziyyətində heç bir müsbət dəyişiklik etməyib.

Statistika bürosunun rəsmisi Trudi Renwick deyir ki, bu göstərici büro yaranandan bu yana – son 52 ilin ən yüksək göstəricisidir.

Bu rəqəm əhalinin 15,1 faizini təşkil edir. 2009-cu ildə əhalinin 14,3, 2001-ci ildə isə 11,7 faizi yoxsul idi. 2010-cu ilə görə 4 nəfərdən ibarət ailənin illik gəliri birlikdə 22 min 314 dolları keçmirsə hesab olunur ki, həmin ailə yoxsulluq içində yaşayır.

OBAMANIN XEYRİNƏ VƏ ZİYANINA İŞLƏYƏN RƏQƏMLƏR

Bu hesabat prezident Obamanın iş yerləri ilə bağlı yeni qanun layihəsini qəbul etməsinə hazırlaşdığı bir vaxta təsadüf edib. Analitiklər deyir ki, acınacaqlı rəqəmlər ona bu qanun layihəsini keçirməkdə yardımçı ola bilər.

Amma bu göstəricilər həm də onun əleyhinə işləyə bilər. Seçki dönəminin başladığını nəzərə alsaq respublikaçılar iqtisadi nöqsanları ön plana çıxarmağa can atırlar.
«Bu hələ iqtisadiyyatla bağlı pis xəbərlərdən yalnız biridir» – deyə Brukinqs İnstitutu nəzdindəki Uşaq və Ailə Mərkəzinin həmsədri Ron Haskins bildirib. O həm də deyib ki, bu adminstrasiya üçün növbəti sınaq olacaq.

Barak Obama
Statistika bürosunun illik hesabatı Amerika iqtisadiyyatının dirçəlməsinin ilk ilindəki vəziyyəti təsvir edir. Yoxsulluq, orta gəlir və sığorta təminatı olmayan amerikalıların sayını ehtiva edən hesabat bir çox iqtisadçıların gözləntisindən daha bədbindir. Bu sənəd orta təbəqənin hansısa müsbət dəyişikliyi hiss etmələri üçün hələ çox iş görülməli olduğuna dair narahatlıqları gücləndirib.

ƏSAS AMİL: İŞSİZLİK

«Bir ildə aparılan islahatlar Amerika ailələrinə heç bir müsbət təsir göstərməyib» – Harvarddan olan iqtisadiyyat üzrə professor Lawrence Katz bu fikirdədir. «2010-cu ilin sonlarında iqtisadiyyat ölmüşdü və bu gün də vəziyyət eynidir» – deyə professor Katz əlavə edir.

İqtisadçılara görə, işsizlik amerikalıları yoxsulluğa yuvarlayan əsas amildir. Statistika bürosunun rəsmisi Trudi Renwick deyir ki, ötən il iş qabiliyyətində olan 86 milyon insan il ərzində bircə həftə olsa belə işləməyib. 2009-cu ildə bu rəqəm 83 milyon idi.
Professor Katz deyir ki, əgər uzun müddət işsiz olan bir kimsənin bir daha iş tapması çox çətin məsələdir.

YENİ AŞAĞI TƏBƏQƏ YARANIR

Orta ailə gəliri bütün yaş kateqoriyaları üzrə aşağı düşüb, ən kəskin eniş isə gənc amerikalılar – 15-24 yaşda olanlar arasındadır.

Statistika Bürosunun rəqəmlərinə görə, bütün il boyu çalışan kişilərin orta illik gəliri 2010-cu ildə 47 min 715 dollardır.1973-cü ildə bu göstərici 49 min 65 dollar idi.
Bu cür vəziyyət amerikalılar, xüsusən də gəncləri ev təsərrüflarını dostları və ya ailələri ilə bölüşməyə vadar edir.

«Bizdə yeni aşağı təbəqənin yaranma təhlükəsi var» – Viskonsin universitetindən olan Timothy Smeeding bu fikirdədir. O deyir ki, gənclər, az təhsilli yaşlılar, xüsusən də kişilər öz uşaqlarına dəstək ola bilmirlər, ailələri dayanıqlı olmur, çünki onlar işsizdirlər.

Ölkədəki yoxsulluq uşaqlardan da yan keçməyib, təxminən 22 faiz uşaq yoxsulluq həddindən də aşağı səviyyədə yaşayır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG