Keçid linkləri

Təcili xəbərlər
2023, 21 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:34

Uşaq ölümü azalıb


Son 20 ildə dünyada 5 yaşınadək olan uşaqlar arasında ölüm halı azalıb, 7,5 milyona düşüb. Əvvəl bu rəqəm 12 milyon idi.

Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF-in yeni hesabatında belə deyilir.

Hesabat müəlliflərinin dediyinə görə, bunun bir neçə səbəbi var, onlardan biri də səhiyyə xidmətlərinin, xüsusən də immunizasiyanın yaxşılaşdırılmasıdır.

Hesabatda o da deyilir ki, hər gün bütün dünyada 20 min uşaq ölür və uşaq ölümünü azaltmaq üçün hələ xeyli iş görülməlidir.
XS
SM
MD
LG