Keçid linkləri

2026, 14 May, cümə axşamı, Bakı vaxtı 23:14

NATO-nun baş katibi Kosovoya gedir

NATO-nun baş katibi Anders Fogh Rasmussen bu gün Kosovoya səfər edir. Məqsəd Kosovonun şimalındakı son vaxtlar gərginləşmiş vəziyyətlə tanış olmaqdır. Daha çox serblərin yaşadığı bu ərazidə NATO-nun sülhməramlı qüvvələri yerləşdirilib.

Burada yaşayan serblər Kosovo rəhbərliyinin Serbiya ilə sərhəddə yerləşən postlara nəzarət tətbiq etmək istəyinə qarşı çıxırlar.

Dünən – sentyabrın 14-də serblər sərhəddə yollanan NATO qüvvələrinin hərəkətini dayandırmışdı. Mitroviça şəhərində isə barrikada qurulub.
This item is part of
XS
SM
MD
LG