Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Lukaşenko daha 11 müxalifətçini əfv edib


Belarus prezidenti Aleksandr Lukaşenko ötən prezident seçkisindən sonra həbs edilmiş 11 müxalifət fəalını əfv edib.

Bu barədə Lukaşenkonun mətbuat xidməti xəbər verir.

Hələlik əfv olunanların adları açıqlanmır.

Lukaşenko bunadək eyni işlə bağlı müxtəlif müddətlərlə həbs cəzasına məhkum edilmiş 13 nəfəri də əfv edib.

Bundan başqa daha 6 müxalifət fəalının məhkəməsi dayandırılıb.

Bu işlə bağlı ümumilikdə 40-dan artıq adam mühakimə olunub.
XS
SM
MD
LG