Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Noyabr, şənbə, Bakı vaxtı 10:25

ABŞ-da yoxsulların sayı rekorda çatıb


ABŞ-da ötən il 46 milyondan çox insan yoxsul kimi qeydiyyata alınıb. Bu isə ölkə əhalisinin altıda bir hissəsi deməkdir. ABŞ-ın statistika bürosunun illik məlumatlında belə deyilir.

Bu rəqəm 1959-cu ildən bu yana ən yüksək göstəricidir.

ABŞ-da illik gəliri 11 min 139 dollardan az olanlar yoxsul hesab olunurlar. 4 nəfərdən ibarət ailənin illik gəliri birlikdə 22 min 314 dolları keçmirsə həmin ailə yoxsulluq içində yaşayır.

ABŞ-da işsizlik də öz yüksək həddinə çatıb, 9 faizi ötüb.
XS
SM
MD
LG