Rusum.az portalında yerləşən «Pensiya kalkulyatoru» bölməsinə daxil olmaqla hər kəs özünün və ya yaxın adamının pensiyasını hesablaya bilər.
Kalkulyatordakı sol qrafalara müvafiq olaraq 2006-cı ilə qədər olan iş stajı, həmin ildən bəri hər il üçün hesablanmış əmək haqlarının cəmi daxil edilməli və «Hesabla» düyməsi basılmalıdır. Sağ tərəfdə, hesablamanın nəticəsi olaraq 2006-cı ilə qədərki pensiyanın sığorta hissəsinin məbləği, 2006-cı il də daxil olmaqla sonrakı hər il üçün pensiyanın sığorta kapitalı, yekun olaraq pensiyasının sığorta hissəsi, baza hissəsi və məbləği göstərilir.
Rusum.az portalı Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının dəstəyi ilə «Prodemos» və «Antikorrupsiya Araşdırmalar Mərkəzi» qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə hazırlanıb.