Türkiyənin baş naziri Ərdoğan Qahirədə Ərəb Liqasının xarici işlər nazirlərinin toplantısı qarşısında deyib ki, BMT üzərində Fələstin bayrağının dalğalanmasının vaxtıdır.
Ərdoğan deyib ki, Fələstin dövlətini tanımaq mümkün variantlardan biri deyil, bu, borcdur.
Ərdoğan detallara toxunmadan İsraili məsuliyyətsiz davranışda ittiham edib.
Ərdoğan toplantını tərk edəndə onu nümayişçilər “Ərdoğan”, “Ərdoğan” sədaları ilə qarşılayıblar.
Sentyabrın sonunda Fələstin muxtariyyəti BMT-nin tam hüquqlu üzvü olmaq üçün müraciət edəcək.