Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:28

Rusiya prezidenti: “Moskva Britaniyanın istədiyi KQB agentini təhvil verməyəcək”


Britaniyanın baş naziri David Cameron Rusiya prezidenti Dmitry Medvedevlə görüşüb. 2005-ci ildən bəri ilk dəfə Rusiyaya səfər edən Britaniyalı baş nazirin Rusiyada səfəri bir gün çəkəcək.

Səfərin məqsədi 2006-cı ildə Kremlin tənqidçisi Aleksandr Litvinenkonun Londonda öldürülməsindən sonra Rusiya-Britaniya arasında zədələnmiş münasibətlərə yenidən baxılmasıdır.

Bir yerdə keçirdikləri mətbuat konfranslında Medvedev yenidən təkrar edib ki, Britaniyanın Litvinenkonun qətli ilə bağlı məhkəməyə cəlb olunması üçün tələb etdiyi KQB agenti Andrei Lugovoi təhvil vermək niyyətində deyillər.

Cameron isə bildirib ki, Britaniya Litvinenkonun qətlində şübhəli bilinən şəxsin ədalət mühakiməsinə verilməsi ilə bağlı cəhdlərinə davam edəcək. Onun sözlərinə görə, "bu məsələ qapadılmayıb".

Moskva Dövlət Universitetində bu gün səhər David Cameron bildirib ki, bu yaxınlara qədər Rusiya və Britaniya arasındakı əlaqələrdə gərginlik olub, amma daha çox əməkdaşlığa ehtiyac var.

Cameron həm də Rusiyalı həmkarı Vladimir Putinlə və hökuməti tənqid edən hüquq müdafiəçiləri ilə görüşüb.
XS
SM
MD
LG