Keçid linkləri

Təcili xəbərlər
2021, 12 Aprel, Bazar ertəsi, Bakı vaxtı 02:58

Avropa Birliyi Trans-Xəzər qaz kəməri ilə bağlı qərar verdi


Senytabrın 12-də Brüsseldə keçirilən toplantıda Avropa Birliyi Azərbaycan və Türkmənistanla Trans-Xəzər qaz kəməri tikintisi ilə bağlı danışıqlara başlamaq qərarı verib.

Birliyin Enerji Komissarı Gunther Oettinger deyib ki, “Avropanın sözü indi birdiri” və “Trans-Xəzər kəməri Avropaya yeni qaz ehtiyatları çatdırmaq üçün nəzərdə tutulan Cənub Dəhlizində əsas layihədir”.

Avropa Birliyi Xəzər qazını Türkiyə-Gürcüstan sərhədindən Avropaya daşımalı olan Nabukko kəmərini də dəstəkləyir. Nabukkonun illik keçiriciliyi 31 milyard kubmetr nəzərdə tutulur. Amma Trans-Xəzər kəməri olmasa Türkmənistan qazının Nabukkoya necə vurulması qaranlıq qalırdı. Türkmənistan qaz ehtiyatlarına görə dünyanın 4-cü ölkəsidir.
XS
SM
MD
LG