Keçid linkləri

Təcili xəbərlər
2021, 10 May, Bazar ertəsi, Bakı vaxtı 02:00

İran səfirliyi qarşısında aksiyaya cəhd olub


Sentyabrın 12-də bir qrup gənc Urmiya gölünün qurudulmasına etiraz olaraq İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirməyə cəhd edib.

Gənclər metronun «İçərişəhər» stansiyasının qarşısında toplaşsa da, polis onların səfirliyə doğru hərəkət etməsinə imkan verməyib. Şüarlar əllərindən alınıb.

Aksiyaçılar «Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!», «Urmu gölü can verir, məclis onun qətlinə fərman verir!»” kimi şüarlar səsləndirərək Filarmoniya istiqamətinə hərəkət ediblər.

Aksiya iştirakçılarından saxlanan olmayıb.
XS
SM
MD
LG