Keçid linkləri

2026, 27 İyul, bazar ertəsi, Bakı vaxtı 17:41

Qaddafinin oğlu Nigerə qaçıb

Muammar Qaddafinin oğlanlarından biri, 38 yaşlı Saadi Nigerə qaçıb. Nigerin ədliyyə naziri Marou Amadou bildirib ki, Niger silahlı qüvvələri içində QaddafiniN oğlanlarından biri Saadinin olduğu maşın karvanını saxlayıb.

Qaddafinin Nigerə qaçan oğlu Saadi keçmiş futbolçusdur. O, 2004-cü ildə futbolda karyerasına son qoyub. Orduda elit birliklərdən birinə rəhbərlik edirdi.

Ötən həftə Niger bəyan edib ki, əgər axtarışda olan liviyalılar onu ərazİsinə daxil olsalar, beynəlxalq öhdəliklərini yerinə yetirəcək.
This item is part of
XS
SM
MD
LG