Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:29

Yunanıstanda nümayişçilərlə polis toqquşub


Yunanıstan hökuməti ölkədə iqtisadi tənəzzülün davam etməsinə baxmayaraq xərclərin ixtisarıyla bağlı planı yerinə yetirəcək.

Bunu baş nazir Georgios Papandreu bazar günü hökumətin iclasında deyib.

Günün ikinci yarısında baş nazirin mətbuata açıqlama verəcəyi gözlənilsə də tədbir təxirə salınıb.

Salonikinin küçələrində nümayişçilərlə polis arasında toqquşma olub.

Onlarla adamın yaralandığı və saxlandığı xəbər verilir.

Nümayişdə 25 mindən artıq adam iştirak edib.
XS
SM
MD
LG