Keçid linkləri

2026, 08 İyun, bazar ertəsi, Bakı vaxtı 13:21

Filippində Əbu Səyyaf qrupunun 3 üzvü öldürülüb

Filippinin cənubunda hərbçilərlə atışmada əl Qaidə ilə əlbir olan yerli Əbu Səyyaf qrupunun 3 üzvü öldürülüb.

Əməliyyat Basilan adasında keçirilib.

Bu qrup 90-cı illərdə əl Qaidənin vəsaiti hesabına yaradılıb.

Bu qrupun 2004-cü ildə sərnişin bərəsini partlatması 100-dən çox adamın ölümüylə nəticələndi.

Filippin NATO çərçivəsində ABŞ-ın əsas müttəfiqlərindən biridir.

ABŞ hərbçiləri 2002-ci ildə ölkənin cənubunda yerli təhlükəsizlik qüvvələrinə təlim keçirlər.
This item is part of
XS
SM
MD
LG