Keçid linkləri

Təcili xəbərlər
2023, 07 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:05

Rusiyada təhlükəsizlik qaydalarına cavab verməyən hava şirkətləri bağlanacaq


Rusiya prezidenti Dimitri Medvedev hökumətə noyabrın 15-dək təhlükəsizlik qaydalarına cavab verməyən hava şirkətlərinin bağlanmasıyla bağlı tədbirlər hazırlamağı göstəriş verib.

Fərman sentyabrın 7-də Yak-42 təyyarəsinin qəzaya uğramasından sonra verilib.
Qəza nəticəsində Çexiya, Slovakiya, İsveç, Belarus və digər ölkələrdən olan oyunçular da daxil olmaqla Yaroslavlın yerli Lokomotiv xokkey klubunun əsas heyəti-43 nəfər həlak olub.

Təkcə xokkeyçi Aleksandr Qalimovla bort bələdçisi Aleksandr Sizov qəzadan sağ çıxıb. Onların vəziyyəti ağırdır.
XS
SM
MD
LG